Nikol Şanahan: "O, Trampa görə geri çəkiləcək"


Nikol Şanahan: "O, Trampa görə geri çəkiləcək"

ABŞ prezidentliyinə müstəqil namizəd kiçik Robert Kennedi seçkidən çəkilmək və Respublikaçılar tərəfindən irəli sürülən Donald Trampı dəstəkləmək qərarına gələ bilər.
 

Sfera.az xəbər verir ki, bu barədə onun seçki kampaniyası üzrə silahdaşı Nikol Şanahan məlumat verib.
 

"Impact Theory" podkastına verdiyi müsahibədə Şanahan izah edib ki, kiçik Kennedi iki mümkün ssenarini nəzərdən keçirir: seçkidə iştiraka davam etmək və maliyyə almaq üçün ən azı 5% səs tələb edən yeni partiya yaratmaq.
 

“Lakin bu halda Kamala Harris və Tim Valsın qalib gələ bilməsi təhlükəsi var, çünki biz seçicilərin diqqətini Trampdan yayındıracağıq. Yaxud biz yarışı tərk edib Trampla birləşərək tərəfdarlarımıza bunu niyə etdiyimizi izah edə bilərik”, - deyə Şanahan əlavə edib.
 

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Yüksək post uğrunda mübarizəyə Demokratlar Partiyasından hazırkı vitse-prezident Kamala Harris və Respublikaçılar Partiyasından keçmiş prezident Donald Tramp daxil olacaq.



İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

2025-ci ilin birinci rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 faiz təşkil edib. Bu, ötən ilin sonundakı göstəricidən 2 faiz yüks...

İnanmaq çətin olsa, doğrudur: Keniyada kasıb gənclərdən böyrəklər alınır

Orqan almaq üçün illərlə gözləmək olduqca qorxulu səslənir, elə deyilmi? Bu uzun gözləməyə dözə bilməyən bəzi alman xəstələr Keniyaya getməyi seçirlər. Keniyada...

Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çe...

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...