Məşhur aktyor məişət zorakılığı ittihamı ilə həbs olundu - FOTO


Məşhur aktyor məişət zorakılığı ittihamı ilə həbs olundu - FOTO

Hollivud ulduzu Maykl Madsen məişət zorakılığı ittihamı ilə Kaliforniyada həbs edilib.
 

Sfera.az bildirir ki, Kventin Tarantinonun bir neçə filmində rol alan amerikalı aktyor Maykl Madsen həyat yoldaşının polisə müraciətindən sonra həbs edilib.
 

Avqustun 18-də bir qadın Los Anceles polisinə zəng edərək gecə yarısı həyat yoldaşının onu evin qarşısında itələdiyini və içəri kilidlədiyini bildirib. Aktyor Madsen bu ittihamla Malibuda saxlanılıb.
 

Qeyd edək ki, ABŞ-da məişət zorakılığı adətən 12 aya qədər həbslə cəzalandırılır. Madsenin 20 min dollar girov ödədikdən sonra həbsdən azad edildiyi bildirilir. 66 yaşlı aktyorun nümayəndəsi mediaya bunun Maykl və həyat yoldaşı arasında sadəcə kiçik bir fikir ayrılığı olduğunu bildirib. O, məsələnin hər ikisi üçün müsbət həll olunacağına ümid etdiyini əlavə edib. Onu da qeyd edək ki, Maykl Madsen 28 ildir “Stray Cats” musiqiçisi Brayan Setzerin keçmiş həyat yoldaşı De Anna Morqanla evlidir. Cütlüyün üç oğlu var.
 

Bu hal aktyorun ilk belə qanun pozuntusu deyil. Ulduz 2019-cu ildə də sərxoş halda avtomobilini dirəyə çırpması ilə nəticələnən qəzadan sonra dörd gün həbs və beş il sınaq cəzasına məhkum edilib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İnanmaq çətin olsa, doğrudur: Keniyada kasıb gənclərdən böyrəklər alınır

Orqan almaq üçün illərlə gözləmək olduqca qorxulu səslənir, elə deyilmi? Bu uzun gözləməyə dözə bilməyən bəzi alman xəstələr Keniyaya getməyi seçirlər. Keniyada...

Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çe...

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...