“Tesla”nın Avropada satışları artacaq - Komissiya yaşıl işıq yandırdı

“Tesla”nın Avropada satışları artacaq - Komissiya yaşıl işıq yandırdı

Avropa Birliyinin Komissiyası Çində istehsal edilən elektrik avtomobilləri ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya əsasən Avropa Birliyi Çin avtomobillərinin idxalı zamanı əlavə vergi tətbiqini artırmağı düşünür. Təklif edilən layihəyə əsasən “BYD”yə 17, “Geely”yə 19,3, “SAIC” 36,3 faiz, digərlərinə 20-35 faiz vergi tətbiq ediləcək. 


Açıqlamada Avropa Birliyi istehsalçıları ilə əməkdaşlıq edən və ortaq olan Çin istehsalçılarının gözlənildiyindən daha aşağı vergi dərəcələrindən faydalana biləcəyi xatırladılıb. Açıqlamada təhqiqatın qəti nəticələrini ehtiva edən tənzimləmənin ən geci oktyabrın 30-dək Avropa Birliyinin rəsmi jurnalında dərc ediləcəyi bildirilib. 


Xatırladaq ki, bu ilin iyulun 5-dən başlayaraq Çində istehsal olunan elektrik avtomobillərinin birliyə üzv ölkələrə idxalına müvəqqəti əlavə vergilər tətbiq edilməsinə başlanılıb. Qərardan əvvəl Avropa Birliyinə Çindən idxal edilən elektriklə işləyən avtomobillərə 10 faiz vergi tətbiq edirdi. Avropalılar əksər Çin istehsalçılarına əlavə vergi tətbiq etsə də, yeni layihədə “Tesla”ya güzəştli şərtlər təklif olunub. Bu şərtlərə görə “Tesla” 20,8 faiz yox, 9 faiz vergi ödəyəcək. 


Son illərdə Avropa ölkələrində satılan elektrik avtomobillərində Çin istehsalçılarının payı sürətlə artır. Çində istehsal olunan aşağı qiymətli və subsidiyalı elektrik avtomobillərinin satışları rəqiblərini qabaqlayır. 2019-cu ildə Avropa Birliyində satılan elektrikli avtomobillər arasında Çin markalarının payı 1 faizdən aşağı olsa da, bu yaxınlarda 8 faizə çatıb. Çinin oxşar seqmentlərdə elektrikli avtomobil qiymətləri Avropada istehsal olunan modellərdən 20 faiz aşağıdır. Bu vəziyyət Avropalı istehsalçıları narahat edir.  


Vasif


OXŞAR XƏBƏRLƏR

İnanmaq çətin olsa, doğrudur: Keniyada kasıb gənclərdən böyrəklər alınır

Orqan almaq üçün illərlə gözləmək olduqca qorxulu səslənir, elə deyilmi? Bu uzun gözləməyə dözə bilməyən bəzi alman xəstələr Keniyaya getməyi seçirlər. Keniyada...

Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çe...

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...