Brend mağazalar Moskvanı tərk edir - SƏBƏB

Brend mağazalar Moskvanı tərk edir - SƏBƏB

Moskvada dəbdəbəli mağazaların yerləşdiyi əsas küçə kimi tanınan Stoleşnikovda xarici brend mağazaların sayı sürətlə azalır. 


Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, indi bu küçədə pərakəndə satışla məşğul olan mağazaların 37 faizi, yəni təxminən üçdən biri tanınmış brendlərə sahib olan şirkətlər tərəfindən idarə olunur. 


“CORE.XP” daşınmaz əmlak şirkətinin araşdırmasına əsasən, 2019-cu ildə bu küçədəki mağazaların 79 faizi brend mağazaların idarəçiliyində idi. 


Adıçəkilən daşınmaz əmlak şirkəti proqnozlaşdırır ki, yaxın illərdə Moskvada dəbdəbəli mağazaların yerləşdiyi əsas küçədə tanınmış əcnəbi brend mağazalarının payı 19 faizə düşəcək. 


Boş qalan yerləri isə yerli pərakəndə satıcılar, eləcə də restoranlar tutur. Bu küçəni tərk edən brend malların istehsalçıları əsas səbəb kimi kirayə haqqının yüksək olmasını göstəriblər. 


Amma ekspertlər hesab edir ki, brend mallar satan mağazaların bu küçədən köçməsi Qərbin sanksiyaları ilə bağlıdır. Onların fikrincə, həmin şirkətlər sadəcə Stoleşnikovdan yox, bütünlüklə Moskvadan köçürlər. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR