İlon Mask nazir olacaq - "Vəzifəmə hazıram”

İlon Mask nazir olacaq - "Vəzifəmə hazıram”

ABŞ-də prezidentlik yarışı qızışdığı bir vaxtda Donald Tramp milyarder iş adamı İlon Maska iş təklifi edib. 


Sfera.az xəbər verir ki, noyabrın 5-də keçiriləcək prezident seçkilərinə hazırlaşan keçmiş prezident Donald Tramp seçiləcəyi təqdirdə İlon Maskı nazir təyin etməyə hazır olduğunu bildirib. 


Pensilvaniya ştatında keçirilən seçkiqabağı tədbirində çıxış edən respublikaçıların namizədi Tramp “Tesla”nın sahibi, milyarder iş adamı Maskı, müşaviri və ya nazir təyin edə biləcəyini açıqlayıb. Tramp Mask haqqında "O, çox ağıllı və parlaq insandır" ifadəsini işlədib. 


Demokratlar Partiyası və Prezident Co Baydeni sərt tənqidləri ilə tanınan İlon Mask keçən ay Trampı dəstəklədiyini açıqlamışdı. Mask sahib olduğu “X” platformasında Trampa cavab verib və “Mən vəzifəmə hazıram” deyə mesaj paylaşıb. Bu mesajı ekspertlər Maskın Trampın kabinetində nazir olmağa hazırlaşdığı kimi şərh ediblər.


Vasif


OXŞAR XƏBƏRLƏR

Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çe...

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...