Rusiya Zaporojye və Xersondan Kurska QÜVVƏ GÖNDƏRDİ:"Oktyabrın 1-nə kimi…"

Rusiya Zaporojye və Xersondan Kurska QÜVVƏ GÖNDƏRDİ:"Oktyabrın 1-nə kimi…"

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın silahlı qüvvələrini Kursk vilayətindən çıxarmaq üçün bir aydan bir qədər çox vaxt verib. 


Sfera.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu tapşırığa uyğun olaraq Kursk vilayəti oktyabrın 1-nə kimi tam azad edilməlidir. 


Putinin göstərişinə əsasən, rus ordusu Kursk vilayətini azad etmək əmrini Rusiyanın Donbassda hücum əməliyyatı apardığı əsas ərazilərdən, ilk növbədə, Pokrovski və Toretski istiqamətlərindən qüvvələr çəkmədən həyata keçirməlidir.


Ukrayna mediasına açıqlama verən ukraynalı hərbi ekspert, Müdafiə Strategiyaları Mərkəzinin üzvü Viktor Kevlyukun hesab edir ki, Ukraynanın şərq cəbhəsindən qüvvə cəlb etmədən Kursku təmizləmək mümkün olmayacaq.

 

Onun məlumatına görə, artıq Zaporojye vilayətindən iki briqada, Xerson istiqamətindən isə ehtiyatdan iki hava hücum batalyonu Kursk istiqamətinə göndərilib:

 

“Bunlardan başqa Qara dəniz donanmasının Xerson istiqamətində olan 810-cu briqadası və Uqledar yaxınlığında döyüşən 155-ci dəniz briqadası da Kursk bölgəsinə göndərilib. Hətta 2024-cü ilin yazında çağırılmış çağırışçılar da köçürülür. Bu, Rusiyanın kifayət qədər əlavə qüvvə və ehtiyata malik olmadığını göstərir. Mövcud vəziyyət Kreml üçün həm də Kursk bölgəsi üzərində nəzarəti geri qaytarmaqdansa, Pokrovski və Toretski istiqamətlərində məhdud uğurların daha vacib olduğunu göstərir”. 


Vasif


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...