Rusiya İrəvanla sülh danışıqlarında vasitəçi olacaq? - AÇIQLAMA

Rusiya İrəvanla sülh danışıqlarında vasitəçi olacaq? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri avqustun 19-da başa çatıb. Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə keçirilən görüşdə isə bir sıra məsələlər müzakirə edilib. Bunlardan biri də  Azərbaycan-Ermənistan danışıqları ilə bağlı idi.

 

Maraqlıdır, Rusiya İrəvanla sülh danışıqlarında vasitəçi ola bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Azərbaycan Prezidenti bəyanatında bu məsələyə toxunmadı, çünki rəsmi Bakı İrəvanla danışıqlarda ikitərəfli formata üstünlük verir.  


O xatırladıb ki, Rusiya isə Bakı-İrəvan xəttindəki bütün danışıqlara – sülh sazişinin imzalanmasına, uzunmüddətli proses olan delimitasiya prosesinə, kommunikasiyanın açılmasına və digər humanitar məsələlərə qoşulmaq istəyir:

 

“Putin də bəyanatında bunu dilə gətirdi.  Bunun Moskvanın regional maraqlarından qaynaqlandığı bəllidir. Lakin Rusiya da daxil olmaqla, istənilən üçüncü tərəfin müdaxiləsi bölgədə maraqlı olan bütün oyunçuların prosesə qoşulmasına, nəticədə sülh danışıqlarının geosiyasi mübarizəyə çevrilməsinə səbəb olur. Son 4 ilin təcrübəsi bunu təsdiq edib. Bu isə Bakının maraqlarına uyğun deyil. Dövlət başçısı İlham Əliyevin məsələyə toxunmaması və üzərindən səssiz keçməsi də bununla bağlı idi”.

 

A.Nərimanlı qeyd edib ki, mövcud vəziyyətdə Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur:

 

“Əksinə, bu gün Azərbaycanın özü Rusiya və Ukrayna arasında vasitəçilik edə, danışıqlar üçün platforma rolunu üzərinə götürə bilər. Bunun üçün lazım olan hər şeyə - hər iki tərəflə münasibətlərə, tərəflər arasında körpü olmaq potensialına və qlobal danışıqlara ev sahibliyi etmək təcrübəsinə malikdir”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

İnanmaq çətin olsa, doğrudur: Keniyada kasıb gənclərdən böyrəklər alınır

Orqan almaq üçün illərlə gözləmək olduqca qorxulu səslənir, elə deyilmi? Bu uzun gözləməyə dözə bilməyən bəzi alman xəstələr Keniyaya getməyi seçirlər. Keniyada...

Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çe...

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...