Elçin Mirzəbəyli Çaparlı və Kəndoba kəndlərində seçicilərlə görüşdü - FOTOLAR

Elçin Mirzəbəyli Çaparlı və Kəndoba kəndlərində seçicilərlə görüşdü - FOTOLAR

Milli Məclisə keçiriləcək seçkilərdə 90 saylı Ağsu seçki dairəsindən deputatlığa namizəd, ƏHD Partiyası sədrinin müavini Elçin Mirzəbəyli bu gün Ağsu rayonunun Çaparlı və Kəndoba kəndlərində seçicilərlə görüşüb.

 

Sfera.az xəbər verir ki, ilk görüş Çaparlı kəndində keçirilib.


Seçicilər qarşısında çıxış edən Elçin Mirzəbəyli Çaparlı kəndinin əvvəllər Gorus Çaparlı adlandığını, bu kəndin təməlinin vaxtilə tarixi Azərbaycan torpaqlarından, Qərbi Zəngəzurdan köç etmək məcburiyyətində qaldıqlarını bildirib. Deputatlığa namizəd qeyd edib ki, Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun şərəfli zabit və əsgərlərinin rəşadəti nəticəsində dövlətimiz Cənubi Qafqazda 200 ilə yaxın davam edən zülmə, ədalətsizliyə son qoyub.


Elçin Mirzəbəyli deyib ki, Şərqi Zəngəzura qayıtdığımız kimi Qərbi Zəngəzura da qayıdacağıq və Çaparlı kəndinin sakinləri də öz ata-baba yurdlarını görmək imkanı əldə edəcəklər.


Çaparlı kəndinin ağsaqqalları Elçin Mirzəbəylinin fəaliyyətini uzun illərdir ki, yaxından izlədiklərini və təqdir edtdiklərini bildiriblər, dəstəklərini ifadə ediblər.
Daha sonra deputatlığa namizəd seçicilərin müxtəlif mövzularda ona ünvanladıqları sualları cavablandırıb.


Elçin Mirzəbəylinin növbəti görüşü Kəndoba kəndində keçirilib. Öncə deputatlığa namizədin vəkili Elçin Şahbazov Elçin Mirzəbəylinin tərcümeyi-halını seçicilərin diqqətinə çatdırıb. Sonra deputatlığa namizəd seçki platformasının əsas istiqamətlərini Kəndoba sakinlərinin diqqətinə çatdırıb, onların suallarını cavablandırıb.

 

Altay
 


OXŞAR XƏBƏRLƏR

Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çe...

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...