Deputatlığa namizəd Göydəniz Qəhrəmanov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

Deputatlığa namizəd Göydəniz Qəhrəmanov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsindən deputatlığa namizəd olan Göydəniz Qəhrəmanov seçicilərlə seçkiqabağı təbliğat-təşviqat kampaniyasını davam etdirərək növbəti görüşünü keçirib.


Sfera.az xəbər verir ki, bitərəf namizəd olan G.Qəhrəmanovun keçirdiyi görüşdə ilk öncə əvvəlki görüşlərdə olduğu kimi 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Görüş zamanı seçicilərə özü haqqında məlumat verən G.Qəhrəmanov çalışdığı sahələrdəki fəaliyyəti və həmin sahələrdə əldə etdiyi uğurlar haqqında danışıb: “Seçki platformamda yer alan istiqamətlər və məqsədlərim haqqında geniş məlumat verdim. Eyni zamanda seçicilərimi narahat edən aktual məsələləri müzakirə etdik, fikirlərini dinlədim və suallarını cavablandırdım.


Görüşdə iştirak edən Yasamal rayonu Ağsaqqallar Şurasının üzvü Vaqif Nəsirov və İqtisad Universitetinin dosenti, həmçinin şəhid ailəsi üzvü Kifayət Xudaverdiyeva öz müraciətində sakinləri qarşıdan gələn parlament seçkilərində fəal iştirak etməyə, səslərini layiqli namizədə verməyə çağırdılar”.


Qeyd edək ki, G.Qəhrəmanov "SPEKTR LLC" MMC-nin direktorudur. 

 

Altay

 

 

 


OXŞAR XƏBƏRLƏR

Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çe...

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...