Oğurluq iPhone-lar şəhəri

Oğurluq iPhone-lar şəhəri

Polis İngiltərədə oğurlanmış iPhone-ları çox da axtarmır, çünki bu, xırda oğurluq hesab olunur. Amma son zamanlar belə oğurluqlar o qədər çoxalıb ki, jurnalistlər oğurlanmış iPhone-ların hara getdiyi ilə maraqlanıblar.
 

Sfera.az bildirir ki, oğurlanmış telefonlar Çinin cənubunda, Honq-Konqla sərhədin yaxınlığında yerləşən Şençjen şəhərində tapılıb. Çoxsaylı texnologiya fabriklərinə görə Çinin "Silikon Vadisi" kimi tanınır.


Məlum olub ki, Böyük Britaniya küçələrindən külli miqdarda oğurlanan mobil telefonlar Çinin cənubundakı anbarlara göndərilir, orada hissələrə bölünür, yenidən yığılır və ucuz qiymətə satılır.
 

Şençjen isə Çinin iqtisadi mərkəzləri arasında 4-cü yerdədir (Pekin, Şanxay və Quançjoudan sonra) və ölkənin ən yaxşı üç maliyyə mərkəzlərindən biridir.


Şençjen elektronika bazarı “Huawei”, “ZTE”, “Lenovo”, “Skyworth”, “TCL Corporation”, “BYD Electronic”, “Great Wall Computer Group” və bir çox başqa şirkətlərin elektronika və elektrotexnika fabrikləri burada yerləşir.
 

Burada “Philip Morris International” elektron siqaret zavodu, eləcə də bir çox fabriklər, texnoparklar, gəmi təmiri meydançası və s. var.


10 milyondan çox əhalisi olan Şençjen həm də ikinci əl istehlak malları satan böyük pərakəndə satış məntəqələrinə ev sahibliyi edir.
 

Oğurlanmış telefonların çoxu “Huaqiang South Road”a, anbarlarla dolu bir marşruta qədər izlənilib. Ehtimal olunur ki, bu yolda yerləşən anbarlardan birinə oğurlanmış mobil telefonlar daxil olur, sonra isə sökülüb satılır.


Belə ki, küçə quldurunun qurbanı olan Şükrü Haskan Apple şirkətinin “Find My iPhone” funksiyasından istifadə edərək oğurlanan iPhone-unu “Huaqiang South Road”a qədər izləyib. O, telefonun oğurluqdan cəmi iki həftə sonra son marşurtun Çində bitdiyini bildirib.
 

iPhone-lar Çində necə “sona çatır”?
 

Çində telefon oğurluğu bazarını araşdıran İT və kibertəhlükəsizlik üzrə mütəxəssis Tomas Balogun bildirib ki, Haskan hadisəsi həyəcan verici dərəcədə adi hala çevrilib.
 

"Bu qanqster tipli bir işdir, quldurlar festivallar kimi müəyyən tədbirləri hədəf alır və telefonları Çinə göndərməzdən əvvəl külli miqdarda oğurlayırlar. Onların işlənmiş telefonlar üçün çox böyük bazarı var, oğurlanmış malların idxalına qarşı qaydalar yoxdur və hissələrin satışı ilə bağlı çox az tənzimləmə var. Beləliklə, onlar iPhone-u ya işlənmiş telefon kimi satırlar, ya sökürlər, ya da tamamilə yeni telefonlar yaratmaq üçün istifadə edirlər".


Balogun bildirib ki, araşdırma zamanı cinayətkarların bir neçə saat ərzində müxtəlif hissələrdən yeni telefonlar yığa bildiyini öyrənib.
 

“Anbarlardan birinə gedib müəyyən bir telefon modeli istəsəniz, hətta anbarda tükənsə belə, onu adətən bir neçə saat ərzində hissələrdən yığmaq olar”.
 

Oğurluq qurbanları hədə-qorxu gəlir
 

Jurnalist Klara Qasparın telefonu mart ayında oğurlanıb. O, “iPhone-u tap” proqramından istifadə edib, o cümlədən kiminsə tapdığı halda telefon nömrəsinə bildiriş göndərməsi üçün proqramı aktivləşdirib.

Lakin o, tezliklə Çinin cənubunda bir oğrudan təhdid dolu mətn mesajları almağa başlayıb. Gülməli də olsa, oğru yenidən istifadə etmək üçün Apple hesabını silməsini tələb edib.
 

Mesajların birində deyilirdi: "Sən məhv olacaqsan. Mən lənətə gəlmiş telefondan da ucuz bir şey üçün adam öldürmüşəm. Görəcəyik, sənin həyatın bu telefondan daha çox dəyərlidirmi"?
 

Klara oğrunun bütün ailəsini öldürməklə, özünü zorlamaq və bıçaqlamaqla hədələdiyi mesajlar da alıb.
 

Telefon oğurluğu ilə bağlı ekspert rəyi
 

“Earthweb”in kibertəhlükəsizlik üzrə mütəxəssisi Marie-Diandra Opré, oğurlanmış telefonların dəfələrlə Çində sona çatdığını bildirib.
 

"Bu, təsadüf deyil, cinayətkarların bütün dünyada hüquq-mühafizə orqanlarının zəifliyindən istifadə etmək üçün hesablanmış addımıdır. Smartfon oğruları üçün xaricdə oğurlanmış cihazların ticarətinin əsas üstünlüklərindən biri aşkarlanma riskinin azalmasıdır. Bu cinayətləri effektiv şəkildə dayandırmaq üçün güclü hüquqi baza və izləmə imkanları yoxdur, bu, dəstələrə öz qanunsuz yolla əldə etdikləri malları nəticələrindən qorxmadan satmağa imkan verir”.


Qeyd edək ki, Şençjendə xarab telefonlar hətta küçələrdə satılır.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İnanmaq çətin olsa, doğrudur: Keniyada kasıb gənclərdən böyrəklər alınır

Orqan almaq üçün illərlə gözləmək olduqca qorxulu səslənir, elə deyilmi? Bu uzun gözləməyə dözə bilməyən bəzi alman xəstələr Keniyaya getməyi seçirlər. Keniyada...

Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çe...

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...