30 il əvvəl intihar edən qızın ruhuna sahibdir

30 il əvvəl intihar edən qızın ruhuna sahibdir

Ohayodan olan beş yaşlı Luke Ruehlman, valideynlərinə 1993-cü ildə intihar edən Pam adlı naməlum qadın haqqında müxtəlif hekayələr danışıb.


Sfera.az bildirir ki, Amerikalı ailə ABŞ-ın Cincinnati şəhərində yaşayır, lakin uşaq valideynlərinə qatarla Çikaqoya getdiyini, ailəsinin heç vaxt onunla olmadığını deyib.
 

Anası Erika Pama kim olduğu haqqında sual soruşduqda, oğlunun cavabı onu ürpədib.
 

"O, mənə tərəf çevrildi və dedi: "Bir vaxtlar var idim, amma öldüm və cənnətə getdim. Mən Allahı gördüm. Allah məni geri itələdi və mən körpə olaraq doğuldum, sən isə mənə Luka adını verdin” - deyib.


Luka həmçinin Allahla görüşməmişdən əvvəl yanan binadan qaçmaq cəhdlərinin təfərrüatlarını danışıb.


Anası bu qəribə ifadələri araşdırmaq qərarına gəlib. O, Pam Robinson adlı qadının 1993-cü ildə Çikaqodakı Paxton otelində yanğın zamanı pəncərədən atılan 19 qurbandan biri olduğunu öyrənib.
 

Oğlan anasına qız olanda saçlarının qara olduğunu deyib və hansı sırğa taxdığına qədər təsvir edib.
 

Ailə ilə "Uşağımdakı Kabus" paranormal araşdırma televiziya şousunun prodüserləri əlaqə saxlayıb.


Proqramda oğlanın qarasaçlı qadınların bir çox digər şəkilləri arasında dərhal Pamın bir fotoşəkilini göstərdiyi görülür.
 

Lukanın anası Pamın ailəsi ilə əlaqə saxlamağa qərar verib.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İnanmaq çətin olsa, doğrudur: Keniyada kasıb gənclərdən böyrəklər alınır

Orqan almaq üçün illərlə gözləmək olduqca qorxulu səslənir, elə deyilmi? Bu uzun gözləməyə dözə bilməyən bəzi alman xəstələr Keniyaya getməyi seçirlər. Keniyada...

Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çe...

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...