2100 illik qəbiristanlıq tapıldı - İçərisindən çıxanlar TƏƏCCÜBLƏNDİRDİ

2100 illik qəbiristanlıq tapıldı - İçərisindən çıxanlar TƏƏCCÜBLƏNDİRDİ

Çinin cənubundakı Quançjou bölgəsində zooparkın tikintisi üçün ayrılmış ərazidə təxminən 148 qədim məzarın olduğu 2100 illik qəbiristanlıq aşkar edilib.

Sfera.az xəbər verir ki, bu barədə Çinxua agentliyi məlumat yayıb. Qədim ərazinin ümumi sahəsi 1300 kvadratmetrdir. Həmin ərazidə arxeoloji qazıntılar aparılır.

 

Ərazidə Xan sülaləsi dövrünə aid dörd türbə, 265-589-cu illəri əhatə edən Qin və Cənubi sülalələrə aid səkkiz məzar, 618-907-ci illər Tanq sülaləsinə aid on beş türbə, Min və Qing sülalələrinə aid 121 məzar aşkar edilib.


Qəbiristanlıqdan ümumilikdə 196 artefakt, o cümlədən keramika, terakota, tunc məmulatlar və muncuqlar tapılıb. Aşkar edilmiş qəbirlərin bəlkə də ən qiymətlisi Şərqi Tsin sülaləsinə (317-420) və Cənubi sülaləsinə (420-589) aid yaxşı qorunub saxlanılan qəbirlərdir. Qəbiristanlıqdakı qəbirlərin müxtəlif dövrlərə aid olması xüsusi diqqət çəkib. Tədqiqatlar nəticəsində məlum olub ki, ərazi qəbiristanlıq kimi yaxşı planlaşdırılıb və yaxşı təşkil olunub. Bu arxeoloji kəşf Quançjouda mövcud olan müxtəlif dövrlərdə istifadə edilən dəfn mərasimlərini daha yaxşı başa düşməyə kömək edə bilər.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...