Məşhur iş adamı gəmi qəzasında itkin düşdü

Məşhur iş adamı gəmi qəzasında itkin düşdü

Siciliya sahillərində “Bayesian” yaxtası güclü fırtınaya tutularaq batıb. Hazırda dalğıclar 50 metr dərinlikdə işləyir, ölənlərin cəsədlərini tapmağa çalışırlar.


Sfera.az bildirir ki, yaxtanın batması nəticəsində itkin düşən 6 nəfər arasında Britaniyalı texnologiya maqnatı Mayk Linç də var.


Xilas edilən 15 nəfər arasında Linçin həyat yoldaşı da olub. Dalğıclar 50 metr dərinlikdə gəminin qalıqlarını araşdırır. İndiyə qədər yalnız gəmi aşpazının cəsədi tapılıb. Britaniyalı milyoner Mayk Linç də daxil olmaqla daha altı sərnişin hələ də itkindir.
 

Dəbdəbəli yelkənli yaxta Palermo yaxınlığındakı Porticello sahillərində yanalmışdı, səhər saat 5 radələrində şiddətli fırtına gəmini yanalma yerindən qoparıb batırıb.


Linçin həyat yoldaşı Angela Bacares, on ekipaj üzvü, sahibi və 11 qonağı daşıyan 55 metrlik yaxtadan xilas edilən on beş nəfər arasında olub.
 

Yaxınlıqdakı yelkənli qayıq tərəfindən xilas edilənlər arasında bir yaşlı qız və onun valideynləri də olub. Lakin aralarında Britaniya, ABŞ və Kanada vətəndaşlarının da olduğu altı sərnişinin taleyi naməlum olaraq qalır.


İtaliya mətbuatının məlumatına görə, hələ də itkin düşənlərin kabinələrində sıxışıb qalması ilə bağlı ümidlər var. Daga əvvəl isə dalğıclar yaxtanın pəncərələrindən cəsədlər gördüklərini bildirmişdilər.


"Bu yaxta başdan-başa işıqlı idi. Səhər saat 4.30 radələrində o yoxa çıxdı. Əyləncəli yaxta idi. Dənizdə şən keçən adi bir tətil faciəyə çevrildi. Yaxta limana çox yaxın olub, sığınacaq götürə bilərdilər, lakin fırtına onları çaşdırıb"-deyə xilasedicilər bildirir.
 

“Bayesian” yaxtasının son şəkli




Qeyd edək ki, bir neçə həftə əvvəl San Fransisko məhkəməsi 2011-ci ildə “Hewlett-Packard”a “Autonomy” firmasının 11 milyard dollarlıq satışı ilə bağlı Mayk Linçə bəraət qazandırıb. Hüquqi mübarizə 12 il davam edib.


Mayk Linç kimdir?


59 yaşlı texnoloji dahi Mayk Linç Britaniyanın Bill Qeytsi adlandırılır. Onun sərvəti 852 milyon funt sterlinq olaraq qiymətləndirilir. Batmış “Bayesian” yaxtasının sahibi olduğu güman edilir.


13 il əvvəl şirkətini 11 milyard dollara satdıqdan sonra bu, texnologiya maqnatı, Ceyms Bond fanatı Mayk üçün böyük bir qələbə olub.
 

Esseksin İlford şəhərində anadan olan Mayk Linçin vəkili, əvvəllər Ceffri Epşteyn və Roman Polanskini təmsil edən vəkil olub.


Onun şöhrətə və var-dövlətə yüksəlməsi Britaniyada böyük və təməlqoyma uğur hekayəsi kimi qarşılanıb. Evli iki qız atası 2006-cı ildə sahibkarlığa xidmətlərinə görə OBE mükafatına layiq görülüb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İnanmaq çətin olsa, doğrudur: Keniyada kasıb gənclərdən böyrəklər alınır

Orqan almaq üçün illərlə gözləmək olduqca qorxulu səslənir, elə deyilmi? Bu uzun gözləməyə dözə bilməyən bəzi alman xəstələr Keniyaya getməyi seçirlər. Keniyada...

Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çe...

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...