Ukrayna Qərbdən giley edir: "Yardımın yarısını veriblər, amma..."

Ukrayna Qərbdən giley edir: "Yardımın yarısını veriblər, amma..."

Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak bildirib ki, Qərb Ukraynanın 2025-ci il üçün tələb etdiyi maliyyə yardımının həcminin yalnız yarısını təsdiqləyib. 

 

Sfera.az xəbər verir ki, bu barədə o, RBC-Ukrayna nəşrinə məlumat verib.

 

Deputat qeyd edib ki, Qərb indiyədək Kiyevin 2025-ci il üçün tələb etdiyi 32 milyard dollardan yalnız 16 milyard dolların ayrılmasını təsdiqləyib .

 

"İndiyə qədər vədlər eşitmişik, lakin bunun necə işləyəcəyinə hələ qərar verilməyib", - o vurğulayıb. 

 

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski yenidən Qərb ölkələrindən Kiyevə silah tədarükünü sürətləndirməyi xahiş edib. O qeyd edib ki , ABŞ, Böyük Britaniya və Fransaya “xüsusilə müraciət edir”. Eyni zamanda, Rusiya tərəfi bəyan edib ki, Qərbin Kiyevə silah göndərməsi və Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin təliminə yardım etməsi yalnız münaqişəni uzadır və döyüş meydanında vəziyyəti dəyişmir.

 

İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çe...

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...