Lavrov “Şimal axını”ndakı partlayışlara görə ABŞ-ni günahlandırdı

Lavrov “Şimal axını”ndakı partlayışlara görə ABŞ-ni günahlandırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Şimal axını” borularındakı partlayışlara görə ABŞ-ni günahlandırıb.

 

Sfera.az bildirir ki, bu barədə “Associated Press News” agentliyi məlumat yayıb. Lavrov yenidən 2022-ci ildə Rusiyadan Avropaya təbii qaz daşıyan “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində baş verən partlayışlardan danışıb.

 

“Aydındır ki, belə bir terror aktının həyata keçirilməsi üçün yuxarıdan göstəriş verilib. Necə deyərlər, Qərb üçün zirvə nöqtəsi təbii ki, Vaşinqtondur”, - o qeyd edib.

 

Xatırladaq ki, alman prokurorları 2022-ci ildə baş vermiş təxribatla bağlı Ukrayna vətəndaşının həbsinə order verib. "Volodimir Z” olaraq bilinən şəxsin boru kəmərlərinə partlayıcı qurğu yerləşdirən dalğıclardan biri olduğu qeyd edilib.  Kiyev isə partlayışlarda Ukraynanın rolu olması iddiasını rədd edərək, bunu “cəfəngiyyat” adlandırıb.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...