"Qayınanalara başa sala bilmirik ki, gəlinin otağına..." - Psixoloqdan MARAQLI AÇIQLAMA

"Qayınanalara başa sala bilmirik ki, gəlinin otağına..." - Psixoloqdan MARAQLI AÇIQLAMA

"Qayınana gəlinin otağına girə bilməz".


Sfera.az xəbər verir ki, bunu psixoloq Nizami Orucov bildirib.


“Yataq otağı məhrəm və özəldir. Qayınanaların əksəriyyəti gəlinin otağına daxil olaraq öz zövqlərinə görə, əşyaların yerini dəyişdirirlər. Gəlin isə buna etiraz edəndə mübahisə yaranır. Beləliklə ailədə bütün nizam pozulmağa başlayır. Qayınana evləndikdən sonra öz oğlunun yataq otağına daxil ola bilməz. Bəzi qayınanalar var ki, onlara bunun yanlış olduğunu izah edə bilmirsən. Onların düşüncəsinə görə, oğlu ilə gəlininin yataq otağına girməkdə ayıb nəsə yoxdur”. 


Psixoloqun dediyinə görə, elə analar var ki, 30 ildir, oğlunun ayaqqabısını təmizləyir:


“Ana bir dəfə də olsa, deməyib ki, öz ayaqqabını özün təmizlə. Oğul da anasının əyilib ayaqqabılarını təmizləməsinə narazılıq etmir. Bu adam evlənənəndə də yoldaşından ayaqqabısını təmizləməyi tələb edəcək. Yoldaş yoldaşının ayaqqabısını təmizləyər, bu, problem deyil. Problem bunun tələbat və məcburiyyət səviyyəsində olmasıdır. Ana oğlunu elə öyrəşdirib deyə, o da yoldaşını daima buna məcbur edəcək”.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlam...

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Ərdoğan Makronla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az “Anadolu” agentliyinə ist...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...