Suriyada rusiyalı komandir öldürüldü
Dünya
16:57 / 19.12.2016
994
Rusiya desant batalyonunun komandiri mayor Sanal Sançirov Suriyada həlak olub.
Axar.az "Meduza” portalına istinadən xəbər verir ki, Sançirovun dəfn mərasimi dekabrın 13-də Kalmıkiyanın Yaşqul qəsəbəsində baş tutub.
Qeyd edək ki, Suriyada rusiyalı komandirin ölməsi ilə bağlı informasiya dekabrın 12-də sosial şəbəkələrdə peyda olub. Rus komandirin ölüm xəbərini nə o zaman, nə də indi Rusiya Müdafiə Nazirliyi şərh etməyib. Sançirovun Suriyada hansı şəraitdə öldüyü hələ də bilinmir.