İranda azərbaycanlı fəallar həbs edilib

İranda azərbaycanlı fəallar həbs edilib
 
İranda həbsdə aclıq aksiyası keçirən azərbaycanlı fəallardan birinin azadlığa buraxılması üçün keçirilən etiraz zamanı azı 10 fəal həbs edilib, məlumatlarda deyilir.

"Bu səhər qardaşı Murtaza Muradpurun azad edilməsi üçün Təbriz məhkəməsi qarşısında ailəsi ilə birgə üç gündür etiraz keçirən Fərdin Muradpur saxlanılıb", ABŞ-ın Seattle şəhərində yaşayan azərbaycanlı jurnalist və fəal Ramin Cabbarlı BBC Azərbaycancaya bildirib.

O, fəalın saxlanılmasının səbəbinin etirazları dayandırmaq məqsədi daşıdığını söyləyir.

Fərdin və Murtaza Muradpur bundan öncə Urmiya gölünün quruması və digər məsələlərə etirazlar keçirdikləri üçün həbs edilib.

Fərdin Muradpurdan başqa saxlanılanlar - Vəhid Faizpur, Mustafa Əvəzpur, Adil Buxçaçı, Siyamək Mərdanı, Sədullah Sasanı, Məhəmməd Mərdi, Milad Əkbəri, Rəhman Əkbəri və həyat yoldaşı Aliyə Noruzidir, deyən cənab Cabbarlı qeyd edir ki, bu, "sadəcə adları bəlli olanlardır, saxlanılanların sayı çox da ola bilər".

Eyni zamanda isə Mürtəza Muradpur azadlığa buraxılmamasına etiraz olaraq 56 gündür su ilə aclıq aksiyası keçirir.

"Sadəcə su içir. Tez-tez "bayılır", həkimlər serum bağlayıb, amma o ayılan kimi etiraz edib", cənab Cabbarlı bildirib.

Adil Buxçaçı və Vəhid Faizpur da həbs edilən 10 nəfər arasındadır.

Onun sözlərinə görə, Muradpur ailəsinin istədiyi İran qanunlarına riayət edilməsi - İran Cəza Qanununun 134-cü maddəsinin tətbiq edilməsidir.

İki maddə ilə ittiham edilmiş bir şəxsin daha uzun həbs müddətini çəkdikdən sonra azad edilməsini təsbit edən bu maddə tətbiq edilərsə, Mürtaza Muradpur azad oluna bilər. Onun barəsində verilmiş 3 illik azadlıqdan məhrumetmə cəzasının iki ili artıq bitib.

"Siyasi fəallarla bağlı verilən qərarlara qanunla deyil, siyasi sifarişlə baxılır. Təbriz Ettala-atı (Milli Kəşfiyyat İdarəsi) məhkəmə qərarına müdaxilə edir", deyə Ramin Cabbarlı Mürtəza Muradpurun azad edilməmə səbəbini izah edir (BBC).
 



OXŞAR XƏBƏRLƏR

Zorakılığa məruz qaldığı üçün boy uzadılması əməliyyatı edən gəncin hekayəsi - FOTO

İndiki vaxtda qısa boylu olmaq həm cəmiyyətdə, həm də münasibətlərdə bəzən böyük bir tabuya çevrilə bilir. 23 yaşlı Leon niyə əməliyyat etmək qərarına gəldiyini...

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...

“Aprelin əvvəlində sənədlər hazırlansın”- Prezident göstəriş verdi

“Ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var....

Ayaq ağrıları şikayətilə getdiyi xəstəxanada yarım beyinli olduğunu öyrəndi

Fransada yaşayan 44 yaşlı kişi ayağındakı ağrı və zəiflik səbəbindən həkimə müraciət edib. Müayinələrdən sonra həkimlər ayaq ağrılarının nevroloji pozğunluqdan ...