"Artıq yazılı sınaq imtahanları olmayacaq"

 
"İyun ayında tədris ili bitdikdən sonra buraxılış imtahanının 2-ci mərhələsi keçiriləcək. İmtahandan 2 gün sonra nəticələr açıqlanacaq”. Lent.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na həsr olunmuş konfransda deyib.  M. Abbaszadə qeyd edib ki, nəticələr bəlli olduqdan sonra kolleclərə keçid balları müəyyən olunacaq: "Bu qaydalar hələ müzakirə olunur. 9-cu sinif üzrə buraxılış imtahanlarının birinci mərhələsinin nəticələri bir aydan sonra həmin şagirdin şəxsi səhifəsinə yerləşdiriləcək. İlk il olduğu üçün şagirdlərə heç bir məhdudiyyət qoyulmayıb. Hətta ekspertlərin rəyləri də şəxsi səhifədə yerləşdiriləcək. Yeni qaydalara görə, imtahan nəticələri yalnız balla yazılacaq. Mənfi ya müsbət, yaxşı və pis nəticə toplanması orada qeyd olunmayacaq. İlk dəfə olduğuna görə hələlik elə bir məhdudiyyət qoymamışıq ki, birinci mərhələdə 0 bal toplayan ikinci  mərhələdə iştirak etməsin və yaxud da kolleclərə sənəd verməsin. İmtahan nəticələrinə görə, birinci və ikinci mərhələdə toplanılan ümumi bal 100 olacaq. İkinci mərhələdə ənənəvi qapalı testlərlə şagird 70 bal toplaya bilər. İmtahanda hansı qiyməti almasından asılı olmayaraq, şagird attestat alacaq. İmtahanın nəticələrinə əsasən, şagirdlər orta ixtisas təhsili müəssisələrinə sənəd verə biləcəklər”.
  
M. Abbaszadə onu da əlavə edib ki, sınaq imtahanları keçirməyə maddi imkan olmadığından artıq yazılı sınaq imtahanları olmayacaq.



OXŞAR XƏBƏRLƏR

Zorakılığa məruz qaldığı üçün boy uzadılması əməliyyatı edən gəncin hekayəsi - FOTO

İndiki vaxtda qısa boylu olmaq həm cəmiyyətdə, həm də münasibətlərdə bəzən böyük bir tabuya çevrilə bilir. 23 yaşlı Leon niyə əməliyyat etmək qərarına gəldiyini...

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...

“Aprelin əvvəlində sənədlər hazırlansın”- Prezident göstəriş verdi

“Ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var....

Ayaq ağrıları şikayətilə getdiyi xəstəxanada yarım beyinli olduğunu öyrəndi

Fransada yaşayan 44 yaşlı kişi ayağındakı ağrı və zəiflik səbəbindən həkimə müraciət edib. Müayinələrdən sonra həkimlər ayaq ağrılarının nevroloji pozğunluqdan ...