Könül Nurullayeva seçiciləri ilə görüşlərini davam etdirir

Könül Nurullayeva seçiciləri ilə görüşlərini davam etdirir

24 saylı Nizami birinci seçki dairəsi üzrə VII çağırış Milli Məclisə deputatlığa namizəd Könül Nurullayeva sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar kütləvi təbliğat-təşviqat kampaniyasını davam etdirir.

 

Belə ki, K.Nurullayeva O.Vəliyev küçəsi 1 ünvanında yerləşən Mədəniyyət evində şəhidlərin ailə üzvləri, qazilər və müharibə veteranları ilə görüş keçirib. Tədbirdə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəmanların xatirəsi dərin ehtiramla yad edilib. Qeyd edilib ki, "öldü var, döndü yoxdur” söyləyərək haqq savaşına çıxan igid oğullarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.


Könül Nurullayeva, eyni zamanda cənab Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş şəhid pilot Ürfan Vəlizadənin yoldaşı Könül xanıma və ondan yadigar qalan övladlarına evlərində baş çəkib, onlarla söhbətləşib, problemləri ilə maraqlanıb. 


Daha sonra Nizami rayonundan olan Vətən müharibəsi şəhidi Anar Qumaşovun ailə üzvlərini ziyarət edib, onlarla fikir mübadiləsi aparıb. 


Məhəllə görüşləri çərçivəsində isə Tofiq Abbasov küçəsi 37, 39, 39A, Nəsimi 32 və 32A ünvanlarında yaşayan seçiciləri ilə görüşən K.Nurullayeva, seçki platformasını sakinlərin diqqətinə çatdırıb. Görüş zamanı vətəndaşların səsləndirdiyi təklifləri, onları narahat edən məsələləri dinləyib.


K.Nurullayeva həmçinin Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 58, mənzil 43 və Elşən Süleymanov küçəsi 133, mənzil 22 ünvanlarında yaşayan sakinləri — Aslanova Validənin və Alıyeva Şəbnəmin evinə də baş çəkib. Ev sahibləri və qonşularla söhbət edərək qaldırılan məsələlərlə yaxından tanış olub.

 


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...