Azərbaycan ABŞ-a bu silahları satır

Azərbaycan ABŞ-a bu silahları satır

Ötən həftə müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə maraqlı açıqlama verib. Nazir bildirib ki, Azərbaycan bir çox ölkələrə, o cümlədən Amerikaya silah satır. Bu xəbər ölkə miqyasında böyük rezonans doğurdu. İnsanları Azərbaycanın ABŞ-a hansı silahları satması maraqlandırır.

Hərbi ekspert Rəşad Süleymanov AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycan 2013-cü ildən başlayaraq xarici ölkələrə silah və sursatların ixracını həyata keçirir. 

Ekspertin sözlərinə görə, xaricə ixrac 2013-cü ildə 123 milyon dollarlıq, sonraki ildə isə təxminən bundan 10 milyon dollar az olub: "2016-cı il üçün ixracat rəqəmləri 120 milyon dollardan çox olub. Azərbaycan Türkiyə, Rusiya, Belarus, Cənubi Koreya, Cənubi-Şərqi Asiyanın bir neçə ölkəsinə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ), Pakistan və Amerika Birləşmiş Ştatlarına (ABŞ) silah ixrac edir”. 

R.Süleymanov qeyd edib ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və Amerika şirkətləri arasında Azərbaycan istehsalı olan döyüş sursatlarının ixracına dair ilk müqavilə İordaniyada Xüsusi Təyinatlı Qüvvələrin sərgisində imzalanıb: "Sonrakı illərdə kiçik həcmli layihələr əhəmiyyətli bir rəqəmə çevrilib. ABŞ-a ixrac 2013-cü ildən başlanıb. Azərbaycan Amerika Birləşmiş Ştatlarına (ABŞ) əl qumbaraatanları, minaatanlar, minaatanlar üçün döyüş sursatları, bəzi optik cihazların ixracını həyata keçirir. ABŞ şirkətlərindən birinin nümayəndəsi sursatların testlərindən sonra çox məmnun qaldığını bildirmişdi. Qeyd etmişdi ki, Azərbaycanın istehsal etdiyi RPG-7V-2 əl qumbaraatanları öz keyfiyyətinə görə Bolqarıstanın "Arsenal” şirkətinin istehsal etdiyi bu tip silahlardan daha üstündür. Halbuki Bolqarıstan NATO ölkəsidir və onun ixracı daha asan ola bilərdi. Həmin nümayəndə Azərbaycanın istehsal etdiyi əl qumbaraatanın öz imkanlarına və funksiyalarına görə daha mükəmməl olduğunu söylədi. ABŞ həmçinin bəzi ölkələrin təchizatçısı rolunda çıxış edir. Həmin alınan silahların bir hissəsi ABŞ-da qalır, müəyyən hissəsi müttəfiq ölkəyə satılır. İxracat ABŞ-ın adına gerçəkləşdirilir”. 

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan qonşu Rusiyaya "Hava-hava” tipli dördüncü nəsil aviasiya raketlərini ixracını həyata keçirir: "Rusiyanın sualtı gəmilərində Azərbaycan istehsalı olan 10-a qədər mühüm cihazdan istifadə edilir. 2016-cı ildə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin "Cihaz” İstehsalat Birliyi Rusiya kosmik qoşunlarından kosmik gəmilərdə istifadə olunan sərfölçən deyilən avadanlığın ixracına dair sifarişlər alıb. Bu cihaz yanacaq sistemə nəzarət edir”.

 

 

 

OXŞAR XƏBƏRLƏR

Zorakılığa məruz qaldığı üçün boy uzadılması əməliyyatı edən gəncin hekayəsi - FOTO

İndiki vaxtda qısa boylu olmaq həm cəmiyyətdə, həm də münasibətlərdə bəzən böyük bir tabuya çevrilə bilir. 23 yaşlı Leon niyə əməliyyat etmək qərarına gəldiyini...

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...

“Aprelin əvvəlində sənədlər hazırlansın”- Prezident göstəriş verdi

“Ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var....

Ayaq ağrıları şikayətilə getdiyi xəstəxanada yarım beyinli olduğunu öyrəndi

Fransada yaşayan 44 yaşlı kişi ayağındakı ağrı və zəiflik səbəbindən həkimə müraciət edib. Müayinələrdən sonra həkimlər ayaq ağrılarının nevroloji pozğunluqdan ...