Bakıda yaşayış binasında yanğın- Ölən var

Hadisə
11:58 / 18.08.2024
7142
Bakının Nərimanov rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağının yanar konstruksiyaları 12 kv.m. sahədə yanıb.
Bu barədə Sfera.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.