Bir aylıq körpəni binanın qarşısına atdılar
Cəmiyyət
13:41 / 19.12.2016
739
Bakıda binanın qarşısında bir aylıq körpə tapılıb.
Hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qeydə alınıb. Belə ki, həmin ərazidə bir aylıq körpə oğlana rast gəlinib. Binada yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Əliyeva sahibsiz körpəni Sabunçu Rayon Polis İdarəsinə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.(report)