"Yatırdığınız pulların üstündən su içəcəksiniz" - MÜHÜM XƏBƏRDARLIQ!

Cəmiyyət
16:50 / 17.08.2024
17183
Çox sürətlə yayılan yeni maliyyə piramida sistemi Azərbaycanda da yaradılıb.
Sfera.az bildirir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib.
Onun sözlərinə görə, "TOST" adlanan platforma tamamilə piramida sisteminə əsaslanan investisiya modelidir.
“Vətəndaşların bu tətbiq və platformaya investisiya etməsini və qohum-əqrabasını aparmasını məsləhət görmürəm. Zəncirin ilk halqaları qazandırıcı görünsə də, bir müddət sonra yatırdığınız pulların üstündən tost deyib, su içməli olacaqsınız”, - Pərdəşünas əlavə edib.
Türkan