Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXDI - FOTO

Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXDI - FOTO

Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı işdən çıxıb.

 

Sfera.az xəbər verir ki, A.Cəbrayıllı bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib.

 

O, çalışdığı müddətdə verilən dəstəyə görə minnətdarlığını bildirib:

 

"Su təsərrüfatı sahəsində fəaliyyətimə son verdim, Dövlət Su Ehtiyatları Agentliyi ilə yollarımız ayrıldı. Ötən 13 il yarımda çətin, çətin olduğu qədər də şərəfli və savab sayılan bir işlə məşğul oldum. Bu müddətdə tanıdığım və tanımadığım minlərlə insana yardımçı oldum. Kimliyindən asılı olmayaraq bütün müraciətlərə həssaslıqla yanaşdım, şənbə-bazar, bayram, məzuniyyət, iş və ya qeyri-iş vaxtı demədən hansısa müraciəti cavabsız qoymadım, dövlət müəssisəsinin əməkdaşı olaraq  insanlara xidmətdən qürur duydum. Eyni zamanda mürəkkəb və çoxşahəli istehsalatla  yaxından tanış oldum, hər bir sahəni öyrənməyə çalışdım və xeyli təcrübə qazandım.
Çalışdığım müddətdə verdiyiniz dəstəyə, göstərdiyniz səmimi münasibətə görə hər birinizə  təşəkkürümü çatdırıram. Haqqınızı halal edin əziz dostlar, dəyərli həmkarlar! Qısamüddətli istirahətdən sonra yola davam..."

 

Qeyd edək ki, A.Cəbrayıllı bundan öncə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri olub.

 

Altay

 


OXŞAR XƏBƏRLƏR