ABŞ Dövlət katibi sabah İsrailə səfər edəcək

ABŞ Dövlət katibi sabah İsrailə səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken sabah İsrailə səfər edəcək.

 

Sfera.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

“Dövlət katibi Blinken əsir və məhbusların azad edilməsi ilə bağlı razılaşmanın yekunlaşdırılması üçün intensiv diplomatik səyləri davam etdirəcək və sabah İsrailə gedəcək”, - qurum bildirib.

 

Açıqlamada həmçinin bu gün ABŞ tərəfindən təqdim edilən təklifin Qəzzada atəşkəsi təmin edəcəyi vurğulanıb: “Bu, bütün əsirlərin azad edilməsini, Qəzzaya humanitar yardımın paylanmasını təmin edəcək və daha geniş regional sabitlik üçün şərait yaradacaq. Dövlət katibi Blinken regiondakı bütün tərəflərin gərginliyi artırmaqdan və razılaşmaya xələl gətirə biləcək digər addımlardan çəkinmələrinin vacibliyini vurğulayacaq”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...