"İran müharibəyə qoşula bilər..." - AÇIQLAMA

"İran müharibəyə qoşula bilər..." - AÇIQLAMA

“Qətərin paytaxtı Dohada Qəzza sektorunda atəşkəs və girovların azad edilməsi üzrə danışıqların ilk günündə irəliləyiş əldə olunub”. Bu barədə “The Times of Israel” öz mənbələrinə istinadən yazıb. Lakin müzakirələrin digər təfərrüatları açıqlanmayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Yaxın Şərqdə vəziyyət kifayət qədər gərgindir.

 

Onun sözlərinə görə, perspektivdə müharibənin genişlənməsi, o cümlədən İranın savaşa qoşulması ehtimalı var: 

 

“Hazırkı vəziyyətdə müharibənin daha da genişlənməsinin qarşısını almaq mümkündür. Bu, birgə səylər tələb edir. Bir müddətdən sonra isə durum, ümumiyyətlə, nəzarətdən çıxa bilər. İranın perspektivdə müharibəyə qoşulması mümkündür, amma bu baş verərsə, savaş tamamilə fərqli fazaya keçəcək. Odur ki, bir çox dövlət, o cümlədən Türkiyə belə bir ssenarinin qarşısını almağa çalışır. HƏMAS liderlərinin, o cümlədən İbrahim Haniyənin ölümü həm HƏMAS-da, həm də Fələstində ruh düşkünlüyü yaradır. Üstəgəl, Fələstinə lazımi səviyyədə siyasi dəstək göstərilmir. Çox güman, məhz bununla bağlıdır ki, HƏMAS son zamanlar daha loyal bəyanatlar verir”.

 

K.Novruzov qeyd edib ki, Yaxın Şərqdə tezliklə müharibənin dayanacağı gözlənilmir:

 

“Amma danışıqlar intensivləşə bilər. Bunun nəticəsində bölgədəki gərginliyin qismən azalması və İranla İsrail arasında birbaşa hərbi toqquşmanın başlanmasının qarşısının alınması mümkündür.  Əgər yaxın vaxtda danışıqlarla bağlı nəticə əldə olunmasa, sonra gec ola bilər”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR