Meymunçiçəyi virusuna daha çox BU KİŞİLƏR YOLUXUR - DİQQƏT!

Meymunçiçəyi virusuna daha çox BU KİŞİLƏR YOLUXUR - DİQQƏT!

Meymunçiçəyi xəstəliyinin yaranma tarixi 1950-ci ildir. O, Mərkəzi Afrikada aşkar edilən nadir virusdur.

 

Sfera.az xəbər verir ki, virusun iki əsas növü var: Qərbi Afrika və Mərkəzi Afrika.


Qərbi Afrikada görülən “Clade 2”adlı növü 2022-ci ildə qlobal epidemiyaya səbəb olub. “Clade 1” Mərkəzi Afrikada yayılan endemik növdür. “Clade1b” isə virusun yeni və daha ağır variantıdır. 


İlkin simptomları qızdırma, titrəmə, baş ağrısı, şişkinlik, bel və əzələ ağrılarıdır.


Temperatur normallaşdıqda isə üzdən bədənin aşağı nahiyələrinə doğru, daha çox ovuclarda və ayaq altlarında səpgilər əmələ gəlməyə başlayır. Səpgilər qaşınmaya və ağrıya səbəb olur. Xəstəlik ağırlaşdıqda isə səpgilər ağız boşluğu, göz və cinsiyyət orqanlarına yayılır.


Virus fiziki təmas, cinsi əlaqə və hava yolu ilə insana yoluxur. Ona həmçinin açıq yaralar, yataq dəstləri, paltar, dəsmal və s. ilə də təmas edərək yoluxmaq mümkündür. Meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlarla sıx təmasda olmaq yoluxma riskini artırır.2022-ci ilə qlobal pandemiyaya çevrildiyi zaman daha çox cinsi əlaqə yolu ilə yayılırdı. Çox partnyorla cinsi əlaqə yaşayan kişilər risk altındadır. 


İnfeksiya adətən 14-21 gün ərzində öz-özünə yox olur. Müalicəsində çiçək xəstəliyində istifadə edilən üsullar tətbiq edilir. Lakin onların nə dərəcədə effektiv olması barədə məlumat yoxdur.


Hazırda virusla mübarizə üçün 3 peyvənd mövcuddur. Onlar risk altındakı və ya yoluxmuş şəxslə yaxın təmasda olan insanlara vurulur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vurulan peyvəndlərin faydalılıq əmsalının müəyyən olunması üçün əlavə sınaqlara ehtiyac olduğunu bildirsə də, epidmiyanın geniş yayıldığı ölkələr istifadəsinə icazə verib.


Yoluxmuş şəxslərlə yaxın təmasdan qaçmaq və virusun olduğu yerlərdə əlləri tez-tez yumaq tövsiyə edilir. Virusa yoluxmuş insanlar səpgilər yox olana qədər özlərini cəmiyyətdən təcrid etməlidirlər. ÜST bildirir ki, sağaldıqdan sonrakı 12 həftə ərzində cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə etmək vacibdir.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...