Xaçmazda ata və oğul BIÇAQLANDI
Xaçmazda cinayət hadisəsi qeydə alınıb.
Bu barədə Sfera.az-a rayon prokurorluğundan məlumat verilib.
Hadisə avqustun 17-si gecə saat 2 radələrində qeydə alınıb: “Xaçmaz rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1990-cı il təvəllüdlü Şəhram Manafzadənin rayonun Tel kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan şəxsə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsi, sonuncunun atası Nurlan Məmmədrəhimova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib”.
Qurum bildirib ki, faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb və Şəhram Manafzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Günay