İdman və gənclər siyasətinin növbəti uğuru

İdman və gənclər siyasətinin növbəti uğuru

1992-ci ildə əsası qoyulan və 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan Azərbaycan Milli Olimpiya Komitəsi uzun illərdir ki, Olimpiya oyunlarına idmanın müxtəlif sahələrində peşəkar idmançılar hazırlayır. 1996-cı ildən müstəqil bir dövlət kimi Olimpiya oyunlarına qatılan Azərbaycan idmançıları bu illər ərzində ölkəmizə xeyli sayda qızıl, gümüş və bürünc medallar qazandırmış, dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər idman yarışlarında dəfələrlə üçrəngli bayrağımızı dalğalandırmışlar.


Daha bir Olimpiya Oyunları geridə qaldı. 26 iyul – 11 avqust tarixlərində Parisdə gerçəkləşən XXXIII Yay Olimpiya oyunlarında ölkəmizin Milli Olimpiya Komandası 15 idman növü üzrə 48 idmançı ilə təmsil olundu. Azərbaycan idmançıları dünyanın dörd ildən bir yaşadığı böyük idman festivalında güləş, cüdo, boks, güllə atıcılığı, taekvando, kano-sprint, ağır-atletika və s. kimi idman növlərində öz bacarıqlarını nümayiş etdirdilər. Diqqət çəkən məqamlardan biri o oldu ki, komandanın heyətində 48 idmançıdan 29 nəfəri Olimpiya Oyunlarının debütantı idi. Olimpiada təcrübəsi olan 24 idmançıdan 6 nəfəri isə bundan əvvəlki turnirlərdə medallar qazanmışdılar. Ümumi olaraq Azərbaycan Milli Olimpiya Komandasının heyətində yer alan 18 idmançı Dünya və Avropa çempionu idilər.


Nəticədə Azərbaycan Milli Olimpiya Komandası Paris Olimpiadasını 2 qızıl, 2 gümüş, 3 bürünc olmaqla – 7 medalla başa vurdu. Komandanın heyətində cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev final görüşündə qələbə qazanaraq Paris Olimpiadasının qalibi oldular. Taekvondoçu Qaşım Maqomedov həlledici görüşdə zədə səbəbilə məğlub olaraq olimpiadanın gümüş medalına sahib oldu, yunan-roma güləşçisi Həsrət Cəfərov Paris Olimpiadasını bürünc, boksçu Alfonso Dominqes gümüş, sərbəst güləşçilər Giorgi Meşvildişvili və Maqomedxan Maqomedov isə bürünc medallarla başa vurdular. Paris Olimpiadasında 7 medala sahib olan Milli Olimpiya Komandamız medalların əyarına görə 30-cu pillədə qərarlaşdı.


Ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev beynəlxalq arenada himnimizi səsləndirən, bayrağımızı dalğalandıran, ölkəmizi ləyaqətlə təmsil edən gənclər və onların məşqçiləri ilə görüşdü, qazandıqları qələbə münasibətilə idmançılarımızı təbrik etdi və mükafatlandırdı.


İdmançılarımızın cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə nailiyyətindən söz açan ölkə başçısı idman nailiyyətlərinə görə Azərbaycanın müsəlman ölkələri arasında üçüncü yerdə qərarlaşdığını diqqətə çatdırdı və bu nəticəni çox yüksək qiymətləndirdi. “İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!” – deyən prezident bu nailiyyətlərin eyni zamanda məsuliyyət tərəfini önə çəkərək idmançılarımızın yarışlardakı mövqeyini və davranışlarını gəncliyimiz üçün nümunə hesab etdiyini bildirdi.


Prezident hazırda uşaq-yeniyetmə idmanına xüsusi diqqət ayırmağın zəruriliyini, idmana rəhbərlik edən qurumlar arasında koordinasiya işlərinin düzgün qurulmasının vacibliyini, federasiyaların, klubların bu yöndə uğurlu fəaliyyətini diqqətə çatdıran ölkə başçısı uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyi sözlərin, verdiyi tapşırıqların fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişdirmək məqsədi daşıdığını bildirdi.
Azərbaycan gəncliyi növbəti dəfə öz əzmkarlığını, peşəkarlığını və məqsədyönlüyünü beynəlxalq arenada uğurla nümayiş etdirdi və Prezident İlham Əliyevin gənclər və idman siyasətinin uğurları növbəti dəfə öz təsdiqini tapdı.

 

Cavanşir Feyziyev


OXŞAR XƏBƏRLƏR

Mbappe xəstəlikdən arıqladı

Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappe kəskin qastroenterit xəstəliyinə görə arıqlayıb.   Sfera.az xəbər verir ki, ...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. &n...

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Əraqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   Sfera.az xəbər verir ki, bunu İranın xarici işlər ...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...