Xəyanətə görə aldığı ölümcül qisas qızğın müzakirələrə səbəb oldu

Çində bir qadın ərinin xəyanətinə görə qisas almaq üçün onu süni tənəffüs aparatından ayırıb.
Sfera.az bildirir ki, Çinin Liaoning əyalətindən 38 yaşlı kişi evli olsa da, məşuqəsi ilə birlikdə yaşayıb. Beyninə qan sızdığı üçün məşuqəsi onu xəstəxanaya aparıb.
Xəstə reanimasiyaya yerləşdirildikdən sonra həkimlər onu gətirən qadını tapmağa çalışıblar. Lakin məşuqəsi qaçdığı üçün əməliyyata razılıq almaq mümkün olmayıb. Tezliklə tibb müəssisəsində xəstənin həyat yoldaşı olduğu ortaya çıxan başqa bir qadın görünüb.
Həkim qadına ərinin ağır vəziyyətdə komada olduğunu və əməliyyatdan sağ çıxmaq şansının çox aşağı olduğunu bildirib. Tibbi avadanlıqlar onu müvəqqəti yaşada bilərdi, əməliyyat özü isə çox bahalı olub.
Qadın 10 ildən artıqdır ki, həyat yoldaşının ona qarşı hissləri olmadığını bildirib. O, əməliyyat xərclərini ödəməkdən imtina edib və ərini sevmədiyini etiraf edib.
Qadın ventilyator borusunun çıxarılmasını və xəstəni reanimasiya etmək cəhdlərinin dayandırılmasını xahiş edərək, razılıq blankını imzalamayıb. Onun bu qərarla bağlı kişinin digər qohumları ilə məsləhətləşib-məsləhətləşmədiyi isə məlum deyil.
Çin qanunlarına görə, əgər xəstə özü qərar verə bilmirsə, əməliyyata razılıq onun ən yaxın qohumları tərəfindən həkimlərin risklərlə bağlı izahatlarından sonra verilməlidir. Ailə ümumi bir qərara gələ bilmirsə, həkimlər öz qərarlarını xəstəxana rəhbərliyi ilə razılaşdıra bilərlər.
Qadının bu hərəkəti sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Bəziləri qadını vicdansızlıq və can almaqda günahlandırıb, bəziləri isə hər şeyin karma olması fikrini dəstəkləyib.
Qeyd edək ki, bu, ilk belə qeydə alınmış hal deyil. 2009-cu ildə 33 yaşlı Weng Yuzhang huşsuz vəziyyətdə olan həyat yoldaşını xəstəxanaya gətirib. Qadın süni tənəffüs aparatına bağlı olub. Həmin ayın sonunda kişi avadanlıqları söndürmək qərarına gəlib və qadın vəfat edib.
Yuzhang təkid edib ki, o, yalnız sevgilisinin iztirablarına son qoymaq istəyir. Bununla belə, polis qərara başqa amilin təsir etmə ehtimalını istisna etməyib. Həqiqətən kişinin başqası ilə münasibəti olub. Hüquq-mühafizə orqanları adamın xəyanətinə dair kifayət qədər dəlil tapmaylb, buna görə də məhkəmə onun hərəkətlərinin qismən pis niyyətlə impulsiv olduğuna qərar verib. Yəni, kişi qəsdən adam öldürməkdə ittiham olunmayıb.
Aynil
Sfera.az