"Sədərək"də bir ailə girov götürülüb? - DİN-dən REAKSİYA

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzinin rəhbərliyinin vətəndaşları girov götürməsi iddia olunur.
Sfera.az xəbər verir ki, bu barədə video sosial şəbəkədə paylaşılıb.
Videonu çəkən şəxs Prezident İlham Əliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edərək bildirib ki, “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli və Ənvər Qədimbəyli onun valideynlərini və nənəsini mağazada bağlı qapı arxasında girov saxlayıb.
Vətəndaş video müraciətlə məsələnin tezliklə həll olunmasını xahiş edib.
***
Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərinin birində yerləşən mağazada bir qrup şəxsin girov saxlanılması iddiası ilə bağlı paylaşılan görüntülər araşdırılıb.
Bu barədə cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı deyib.
"Müəyyən olunub ki, görüntülərdəki şəxslər mağazanın icarədarlarıdır və icarə məsələsinə görə mağazanın yeni sahibi ilə aralarında narazılıq yaranıb.
Həmin şəxslərin girov saxlanılması ilə bağlı iddialar əsassızdır", - deyə o bildirib.
Qeyd edək ki, sosial media platformalarında yayılan videoda vətəndaş ailə üzvlərinin "Sədərək" ticarət mərkəzinin rəhbərliyi tərəfindən girov götürüldüyünü iddia edib.
Sözügedən videonu təqdim edirik: