Avro bahalaşacaq, dollar ucuzlaşacaq - Proqnoz

Almaniyanın böyük banklarından olan “Commerzbank” 2025-ci ilin ortalarına qədər avronun bahalaşacağını, dolların isə ucuzlaşacağını proqnozlaşdırır.
Sfera.az xəbər verir ki, bank proqnozunu hazırlayan zaman ABŞ Federal Ehtiyat Sisteminin davranışlarını əsas götürüb.
“Commerzbank” hesab edir ki, aşağı inflyasiya şəraitində faiz dərəcələrini Federal Ehtiyat Sisteminin Avropa Mərkəzi Bankından daha aqressiv şəkildə endirməsi ehtimalı yüksəkdir. Bankın qənaətincə, bu şərt daxilində avro dollar qarşısında bahalaşa bilər.
“Commerzbank” güman edir ki, 2025-ci ilin ortalarına qədər ABŞ-də faizlərin endirilməsi ilə bağlı 6 dəfə, Avropada isə 4 dəfə qərar qəbul ediləcək.
Bu proqnozlar çərçivəsində “Commerzbank” EUR/USD məzənnəsinin 2025-ci ilin ortalarına qədər hazırkı 1,099 səviyyəsindən 1,14 səviyyəsinə yüksələcəyini gözləyir.
Vasif