Ukraynada döyüşlər yenidən qızışdı
Dünya
12:05 / 19.12.2016
1105
Donbasda Svetlodarsk şəhəri yaxınlığında Ukrayna hərbçiləri ilə separatçılar arasında şiddətli döyüş baş verib.
APA-nın məlumatına görə, bu barədə Ukrayna Antiterror Əməliyyatı Qərargahının məlumatında bildirilir.
Məlumata əsəsən, dekabrın 18-də baş verən toqquşmalarda 5 Ukrayna hərbçisi həlak olub, 6-sı yaralanıb.
"Svetlodarsk istiqamətində Ukrayna ordusu ilə separatçılar arasında gedən döyüşlərdə 20 terrorçu ölüb, 30-u isə yaralanıb”, məlumatda qeyd olunub.