Türkiyədə özəl sektorun xarici borcu kəskin artıb - STATİSTİKA

İqtisadiyyat
15:00 / 16.08.2024
2747
Türkiyə Mərkəzi Bankının iyunun sonuna olan məlumatına görə, özəl sektorun xarici kredit borcu 2023-cü ilin sonu ilə müqayisədə 7 milyard dollar artıb. Hazırda borcun ümumi məbləği 171,1 milyard dollardır.
Sfera.az xəbər verir ki, özəl sektor 2024-cü ildə 52,3 milyard dollarlıq xarici borc qaytarmalıdır. Bu borcların böyük hissəsi xarici valyutada alınıb.
Alınan borcların böyük hissəsi uzun müddətə götürülüb. Ümumi borcun 159 milyard dolları uzun müddətə götürülüb və bu borclarda 3,8 milyard dollar artım qeydə alınıb.
Xarici valyuta tərkibinə baxıldığında, 158,8 milyard dollar olan uzunmüddətli kredit borcunun 58,2 faizini dollar, 34,8 faizini avro, 2,6 faizini türk lirəsi, 4,4 faizini isə digər valyutalar təşkil edir.
Vasif