Ermənistanın Naxçıvanı atəşə tutmaqdakı məqsədi nədir? - AÇIQLAMA

Ermənistanın Naxçıvanı atəşə tutmaqdakı məqsədi nədir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün saat 03:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ümumiyyətlə, bu proses iki gündür davam edir.  Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla sərhədin Naxçıvan istiqamətində atəşkəsi pozur.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov deyib ki,  Rusiya-Ukrayna müharibəsinin trayektoriyasındakı dəyişiklik, Yaxın Şərqdə mümkün İsrail-İran qarşıdurmasının güclənmə ehtimalları Ermənistanın Azərbaycana qarşı geosiyasi fürsət kimi təxribat tempini qüvvətləndirir:

 

“Azərbaycan Ermənistanla sülh müqaviləsində öz şərtləri çərçivəsində irəliləyişlərə üstünlük verdiyini nümayiş etdirsə də, mümkün təxribatların geniş miqyas almaq ehtimalları prosesi hərbi fazaya keçirə bilər. Lakin Ermənistan həvəslənsə də, o, Azərbaycana qarşı planlarında mürəkkəb, bir-birilə üst-üstə düşməyən və səmərəsiz situasiyalarla üzləşəcək”.

 

A.Kərimov qeyd edib ki, sərhədin Naxçıvan istiqaməti Ermənistanın hərbi cəhətdən nisbətən möhkəm yeridir:

 

“Ancaq İrəvan Naxçıvan Əlahiddə Ümumqoşun Orduda olan ən müasir silahları, raketləri və xüsusi təyinatlılarla mümkün əməliyyatlar zamanı qarşılaşa biləcəyi çətinlikləri hesablaya bilmir.  Ermənistan Azərbaycanın davamlı təzyiqlərinə tab gətirmək gücündə olmasa da, o, regional eskalasiya cəbhələrində rol almaqla enerji toplamağa çalışır”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Mbappe xəstəlikdən arıqladı

Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappe kəskin qastroenterit xəstəliyinə görə arıqlayıb.   Sfera.az xəbər verir ki, ...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. &n...

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Əraqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   Sfera.az xəbər verir ki, bunu İranın xarici işlər ...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...