"Bayer 04" almaniyalı futbolçu ilə yeni müqavilə BAĞLADI

İdman
14:31 / 16.08.2024
3762
Almaniyanın "Bayer 04" klubu futbolçusu Robert Andriçlə yeni müqavilə bağlayıb.
Sfera.az Leverkuzen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Əvvəlki sözləşmənin müddəti 2026-cı ilin yayında başa çatacaqdı.
Qeyd edək ki, R.Andriç 2021-ci ildən "Bayer 04" klubunun formasını geyinir. Ötən mövsüm 45 matçda iştirak edən yarımmüdafiəçi 6 qola, 5 məhsuldar ötürməyə imza atıb. Leverkuzen klubu 2023/2024 mövsümündə Almaniya Bundesliqasının qalibi olub.