"Ermənistan Oxçuçayı çirkləndirməyə davam edir" - Baş prokuror

Siyasət
11:41 / 16.08.2024
2943
“Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir”.
Sfera.az bildirir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, uzun müddət davam etmiş Azərbaycan-Ermənistan münaqişəsinin gedişatında təəssüflər olsun ki, Araz çayı sahilyanı və dib çöküntüləri kimyəvi və radioaktiv tullantılarla məqsədyönlü olaraq çirkləndirilib.
“Hazırda da Ermənistan ərazisindən keçməklə ölkəmizə daxil olan çayların, xüsusən də Araz və onun qolu olan Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir”, - K.Əliyev vurğulayıb.
Günay