"Əhalimiz buna görə illərdir, Şərqi Zəngəzurdakı su ehtiyatlarından məhrum qalıb" - Kamran Əliyev

“Ermənistan mövcud beynəlxalq konvensiyaların tələblərini daim pozub”.
Sfera.az bildirir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bu gün Naxçıvanda keçirilən "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda Elmi-Praktiki Konfrans zamanı deyib.
“BMT-nin Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Konvensiyası (ESPO), "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" BMT-nin 1992-ci il tarixli Konvensiyası, eləcə də həmin Konvensiyanın "Su və sağlamlıq haqqında" 1999-cu il 17 iyun tarixli Protokollarından irəli gələn öhdəliklər Ermənistan tərəfindən kobud şəkildə pozulub”, – Baş prokuror bildirib.
K.Əliyev vurğulayıb ki, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı siyasətin acı nəticələrindən biri də ölkəmizin su ehtiyatlarının yararsız vəziyyətə gətirilməsidir: “Bunun nəticəsində Azərbaycan əhalisi illərdir, Şərqi Zəngəzurda olan zəngin su ehtiyatlarından məhrum qalıb”.
Günay