17 yaşlı oğlan özünü binadan atdı
Hadisə
11:07 / 19.12.2016
1867
Bakıda intihar olub.
Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə Cavadxan küçəsi 22, mənzil 28 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1999-cu il təvəllüdlü Rəvan Rövşən oğlu Məmmədov özünü binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.