Azərbaycanda ən yüksək ölüm göstəricisi olan rayonlar - SİYAHI

Azərbaycanda ən yüksək ölüm göstəricisi olan rayonlar - SİYAHI

Azərbaycanda bu ilin birinci yarısında əhalinin hər 1000 nəfərinə düşən ölüm göstəricisi 5,9 nəfər olub. 


Sfera.az xəbər verir ki, əvvəlki illərlə müqayisədə son illərdə ölkəmizdə ölüm göstəricisində yüksəlmə müşahidə edilir. Bunun əsas səbəbi əhalinin yaşlanmasıdır. 
Ölkəmizdə 1000 nəfərə düşən ölüm göstəricisi 5,9 olsa da, bəzi şəhər və rayonlarda bu göstərici daha yüksəkdir. 


2024-cü ilin birinci yarısının məlumatlarına əsasən, ölkə üzrə orta göstəricidən daha yüksək nəticələrin qeydə alındığı yaşayış məntəqələrindən biri Bakıdır. Bakıda min nəfərə düşən ölüm sayı 6,1-dir. 


Paytaxtın bəzi rayonlarında ölüm səviyyəsi daha yüksəkdir. Hər 1000 nəfərə Yasamalda 9,2 ölüm, Pirallahıda 7,4 ölüm, Suraxanıda 7,1 ölüm, Qardağda 7 ölüm qeydə alınıb. 


Bölgələrdə yüksək ölüm göstəricisi əsasən dağlıq ərazilərdə olub. Hər 1000 nəfərə Daşkəsən rayonunda 7,8 ölüm, Qaxda 7,4 ölüm, Göygöldə 7,2 ölüm, Ağstafada 7,1 ölüm, Ucarda 7,1 ölüm, Qazaxda 7 ölüm baş verib. 


Azərbaycanda ən aşağı ölüm göstəriciləri isə Abşeronda (2,9), Culfada (3,7), Yardımlıda (3,9) qeydə alınıb. 


Vasif
    


OXŞAR XƏBƏRLƏR