Meymunçiçəyi virusuna yoluxma artır, Azərbaycanda yayıla bilərmi? - AÇIQLAMA

Meymunçiçəyi virusuna yoluxma artır, Azərbaycanda yayıla bilərmi? - AÇIQLAMA

Ötən gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusu ilə bağlı fövqəladə vəziyyət elan edib. Məsələ Afrikada ictimai səhiyyə sistemində xəstəliklə bağlı fövqəladə vəziyyətin elan edilməsindən sonra gündəmə gəlib. İsveçdə də meymunçiçəyi virusunun mutasiyasına ilk yoluxma halı qeydə alınıb.

 

Maraqlıdır, bu virusun ölkəmizdə yayılma ehtimalı varmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən professor, tibb elmləri doktoru Musa Qəniyev deyib ki, sözügedən virus xüsusi təhlükəli infeksiyalara aid deyil:

 

“Meymunçiçəyi virusu “Orthopoxvirus”lar ailəsinin insanlara yoluxa bilən 4 növündən biridir. Onun “Qərbi Afrika” və “Mərkəzi Afrika” kimi potensial fəal iki ştammı mövcuddur. Meymunçiçəyi virusunun insanlardan 26 il fasilə ilə alınmış genom quruluşunun (DNT) tədqiqi isə aqressivliyə səbəb olan mutatik dəyişikliyin baş vermədiyini, hətta makroorqanizm zülalının modulyasiyasını törədən bəzi genlərin yoxluğunu, yəni virusun kontaqiozluq və bioloji fəallığının enən xətt üzrə zəiflədiyini təsdiq edir. Müqayisəli təhlil “Mərkəzi Afrika” ştammında tamamlayıcı fiksasiya zülalını kodlayan genin qısaldığını, “Qərbi Afrika” ştammında isə bu genin olmadığını sübut edir”.

 

Mütəxəssis qeyd edib ki, meymunçiçəyi virusunun virogen fəallığı adi fəsli infeksiyalardan belə yüksək deyil:

 

“Bu virusun hətta yayıldığı endemik ocaqlarda, mütləq yoluxma əmsalı hazırda 1/10000 faiz nisbətindədir. Yəni, onun lokal ocaqlarda belə epidemiya ehtimalı nisbidir. Azərbaycanda isə belə bir ehtimal, ümumiyyətlə, yoxdur”.

 

Günay 

 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...