Qəbələdə toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 55 nəfər... - YENİLƏNDİ-2

Qəbələdə toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 55 nəfər... - YENİLƏNDİ-2

15.08.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

 

Bu barədə Sfera.az-a TƏBİB-dən bildirilib.

 

51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.

 

***

 

10:45

 

Qəbələdə baş verən zəhərlənmə hadisəsinin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

 

Sfera.az xəbər verir  ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.

 

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

 

***

 

10:26

 

Qəbələ rayonunda kütləvi zəhərlənmə baş verib.

 

Sfera.az-ın xəbərinə görə, zəhərlənmə Qəbələdə şadlıq sarayında keçirilən toyda baş verib. Ümumilikdə 51 nəfərin qidadan zəhərləndiyi bildirilir.

 

Zəhərlənmənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət edənlərin vəziyyətlərinin normal oldugu bildirilir.

 

Faktla bağlı araşdırma gedir.(apa.az)


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...