Avstraliyada meymunçiçəyinə yoluxma halları kəskin ARTDI

Avstraliyada meymunçiçəyinə yoluxma halları kəskin ARTDI

Avstraliyanın ən böyük ştatı olan Yeni Cənubi Uelsin Səhiyyə Nazirliyi mpoxa (meymunçiçəyi) yoluxanların sayının kəskin artdığını bildirib.

 

Sfera.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

 

Qeyd olunub ki, təkcə son iki ayda ştatda 93 yeni yoluxma halı qeydə alınıb. Nazirlik virusa yoluxma hallarının sayının kəskin artması fonunda ştat sakinlərini diqqətli olmağa çağırıb.

 

Səhiyyə departamentinin direktoru Ceremi Makanultinin sözlərinə görə, Avstraliyada tapılan ştam digər ölkələrdə, xüsusən də Afrikada olan ştamlardan fərqlidir.

 

Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.

 

Mpox, əsasən mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində tropik meşələrin yaxınlığında baş verən nadir viral xəstəlikdir. Bu xəstəliyin heyvandan insanlara ilk ötürülməsi halı 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virus insanlara gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan keçir və onun insandan insana ötürülməsi yolu yayılması məhduddur. Tipik olaraq, mpox epidemiyaları üçün ölüm halları 1 ilə 10% arasında dəyişir. Bununla belə, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...