Dünənki matçda 4 penalti qaytaran Tiaqo Silvanın QİYMƏTİ

İdman
10:20 / 16.08.2024
2678
Xəbər verdiyimiz kimi, ölkəmizi Konfrans Liqasında təmsil edən “Zirə” üçüncü təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” klubunu mübarizədən kənarlaşdıraraq pley-offa adlayıb.
Sfera.az xəbər verir ki, “Zirə”nin qapıçısı Tiaqo Silva 5 penaltidən 4-nü dəf etməklə həm gecənin qəhrəmanı olub, həm də komandasını növbəti mərhələyə daşıyıb.
24 yaşlı qapıçı Bakı klubuna ötən il transfer olunub. Hazırda "transfermarkt" portalında Tiaqo Silvanın qiyməti 600 min avrodur.