Gədəbəydə 31 yaşlı qadın bıçaqlandı- Əri saxlanıldı


Gədəbəydə 31 yaşlı qadın bıçaqlandı- Əri saxlanıldı

Gədəbəy rayon Şahdağ kəndində qadın bıçaqlanıb.

 

Sfera.az-ın məlumatına görə, hadisə şəxsi mübahisə zəminində baş verib.

 

Bıçaq xəsarətləri alan, 1993-cü il təvəllüdlü Tahirə İsgəndərova xəstəxanaya çatdırılıb.

 

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, qısqanclıq zəminində hadisəni törətməkdə şübhəli bilinən, qadının əri 1977-ci il təvəllüdlü Mütəllim Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR