Şəmkirdə 10 yaşlı uşağı traktor vuraraq ÖLDÜRDÜ

22:38 / 15.08.2024
5793
Şəmkirdə 10 yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Keçili kəndində baş verib.
Kənd sakini, 2014-ci il təvəllüdlü Rəvan Əsgərovu traktor vurub. O, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. (Report)