BMT Ali Komissarlığı Rusiyadan Kursk vilayətinə giriş üçün icazə tələb etdi
Dünya
17:25 / 15.08.2024
2871
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Kursk, Belqorod və Bryansk vilayətlərində hərbi əməliyyatlar fonunda insan hüquqlarının vəziyyətinin qiymətləndirilməsi məqsədilə öz əməkdaşlarının bu ərazilərə gedə bilməsi üçün Rusiya tərəfinə sorğu göndərib.
Sfera.az xəbər verir ki, bunu TASS-a komissarlığın rəsmi nümayəndəsi Elizabet Trossel deyib.
“Təsdiq edə bilərəm ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bizim insan hüquqlarına riayət edilməsinin monitorinqi və qiymətləndirilməsi ilə bağlı mandatımıza uyğun olaraq Rusiya Federasiyasının hərbi əməliyyatlardan zərər çəkmiş ərazilərinə, o cümlədən Belqorod, Bryansk və Kursk vilayətlərinə qurumun çıxışının asanlaşdırılması üçün Rusiya hökumətinə sorğu göndərib”, - o qeyd edib.