Harris kritik ştatlarda Trampı qabaqlayır - Sorğu NƏTİCƏLƏRİ
Kamala Harris kritik ştatlarda Trampı qabaqlayır.
Sfera.az bildirir ki, bu barədə “The Cook Political Report” şirkətinin keçirdiyi sorğu hesabatında qeyd olunub. Bildirilib ki, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris Pensilvaniya, Viskonsin, Miçiqan, Şimali Karolina və Arizona ştatlarında, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp isə Nevada ştatında irəlidədir. Corciya ştatında hər iki namizəd 48 faizlə bərabərdir.
Sorğuya əsasən, Harris rəqibi Trampı Viskonsin və Miçiqanda 3 xal, Pensilvaniya və Şimali Karolinada 1 xal, Arizonada isə 2 xal qabaqlayıb. Müvafiq olaraq, Kamala Harrisin 48, Trampın isə 47 faiz dəstək aldığı bildirilib.
“The Cook Political Report” şirkətinin məlumatında həmçinin vurğulanıb ki, ABŞ-də prezident və ya digər seçkilərin taleyini sözügedən kritik ştatlar müəyyən edir. Bu səbəbdən partiyalar öz təşviqat səylərini xüsusilə qeyd olunan ştatlarda cəmləşdirirlər.
Günay