İsrail-HƏMAS münaqişəsi: Türkiyənin cəhdi fayda verəcəkmi? - ŞƏRH

İsrail-HƏMAS münaqişəsi: Türkiyənin cəhdi fayda verəcəkmi? - ŞƏRH

Türkiyədə İsraillə HƏMAS arasında məhbus mübadiləsi gözlənilir. Bu barədə “Haber Global” diplomatik mənbələrə istinadən bildirib.  Qeyd olunub ki, müzakirələrlə bağlı mətn, demək olar, hazırdır. Hələ dəqiq olmayan mətnin şərtlərinə görə, HƏMAS-ın əlindəki hər bir məhbusa görə 12 fələstinli geri qaytarılacaq. Məlumata görə, HƏMAS-ın əlində 120 israilli məhbus var. Vurğulanıb ki, Türkiyə Qəzzada atəşkəsə nail olmaq üçün səy göstərir. Həmçinin ABŞ, Qətər və Misirin də cəhdləri nəticəsində yaxın günlərdə müzakirələrin nəticə verəcəyi gözlənilir.

 

Maraqlıdır, HƏMAS İsraillə razılığa gələcəkmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Türkiyə İsraillə HƏMAS arasında atəşkəsin əldə olunmasında maraqlıdır:

 

“Yaxın Şərqdə müharibə genişlənməyə doğru gedir. Bir müddətdən sonra elə vəziyyət yarana bilər ki, artıq geriyə yol qalmasın. Bu, bir çox siyasi aktor kimi Türkiyəyə də çətinlik yaradacaq. Odur ki, Ankara bütün imkanları ilə buna mane olmağa çalışır. Əgər Türkiyə bunu bacarsa, ABŞ-nin Yaxın Şərqlə bağlı oyununu pozmuş olacaq. İkinci tərəfdən, Türkiyənin HƏMAS-la İsrail arasında vasitəçilik etməsi utopik deyil. Xatırlatmaq yerinə düşər ki, Türkiyə bundan əvvəl ABŞ ilə Rusiya arasında məhbus mübadiləsinə ev sahibliyi etmişdi.  Ümumiyyətlə, etiraf etmək lazımdır ki, rəsmi Ankara vasitəçilik diplomatiyasında kifayət qədər uğurludur”.

 

K.Novruzov qeyd edib ki, perspektivdə Türkiyənin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında məhbus mübadiləsinin olması mümkündür:

 

“Bu yəqin ki, Yaxın Şərqdə “suların durulmasına”, gərginliyin səngiməsinə kömək edəcək. Hərçənd ABŞ mümkün qədər çalışacaq ki, bu prosesin qarşısını alsın. Bunun üçün İsrailə hərbi-siyasi dəstəyin artırılması gözləniləndir. Yaxın Şərqdə danışıqların başlanması ilə bağlı ehtimallar daha əvvəlki qədər az deyil. HƏMAS da danışıqlarda maraqlı görünür, amma prosesin başlanması üçün cəld tərpənmək lazımdır. Əks halda sonra gec ola bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...